SİZİN REKLAM BURADA!
055 213 76 73


Birinci Qarabağ müharibəsi zamanı Füzuli istiqamətində gedən döyüşlərdə itkin düşən Əsəd Məmmədov 30 ildən sonra Ağstafada dəfn olunub.

BAKU.WS report-a istinadən xəbər verir ki, şəhid Eynallı kənd qəbiristanlığında torpağa tapşırılıb.

Mərasimdə şəhidin yaxınları, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

***15:06

Birinci Qarabağ müharibəsi zamanı Füzuli rayonunun Kür-Mahmudlu kənd istiqamətində gedən döyüşlər zamanı itkin düşmüş və bir müddət əvvəl qalıqları aşkarlanan şəhid Məmmədov Əsəd Məmməd oğlunun nəşi Ağstafa rayon Eynallı kəndinə gətirilib.

BAKU.WS report-a istinadən xəbər verir ki, şəhidin yaxınlarının yaşadığı kənddə birazdan vida mərasimi başlayacaq.

Mərasimdə Ağstafa rayon icra hakimiyyətinin rəhbər şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri və sakinlər iştirak edir.

Vida mərasimi başa çatdıqdan sonra şəhidimiz Eynallı kənd qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, Məmmədov Əsəd Məmməd oğlu 1966-cı il Ağstafa rayon Eynallı kəndində anadan olub. O, 1993-cü ilin avqust ayında Füzuli rayonunun Kürd-Mahmudlu kəndində gedən döyüşlər zamanı itkin düşüb. Vətən müharibəsindən sonra işğaldan azad olunan ərazilərdə aşkarlanan kütləvi məzarlıqlarda aşkarlanan meytin qalıqlarından birinin ona məxsus olduğu məlum olub.

BAKU.WS
QALEREYA