SİZİN REKLAM BURADA!
055 213 76 73


Sumqayıt Qaz İstismar İdarəsinin rəisi Vəli Sadıqov vəzifəsindən azad olunub.

BAKU.WS report-a istinadən xəbər verir ki, o, Ağsu Regional Qaz İstismar İdarəsinin rəisi təyin edilib.

V.Sadıqovun yerinə isə Zaqatala Regional Qaz İstismar İdarəsinin rəisi Sübhi Bayramov təyinat alıb.

Məlumatı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev təsdiqləyib.
BAKU.WS