Taksilərlə bağlı VACİB AÇIQLAMA – Oktyabrın 1-dən...

“Taksi sahəsində nizam-intizama, yeni qanunlara ehtiyac var idi və bu səbəbdən yeni qaydalar qəbul edildi. Hesab edirəm ki, yeni mövsümdən qanunlar sayəsində taksi xidmətində keyfiyyət yüksələcək və taksi vətəndaşlar üçün daha təhlükəsiz olacaq”.
Bu sözləri BAKU.WS-ə açıqlamasında nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov bildirib.
Ekspert əlavə edib ki, taksilərin qiymətinin ucuzlaşıb və ya bahalaşması tələb-təklif əsasında formalaşacaq:
“Düşünmürəm ki, yeni qanundan sonra qiymətlər kəskin yüksəlsin və ya əksi olsun. Qiymətlər stabil və vətəndaş üçün əlçatan olacaq.
Oktyabrın 1-dən yeni qaydalara riayət edə bilməyən, qanunvericiliyin tələblərini pozan həm hüquqi və fiziki şəxslər bu sahədə çalışa bilməyəcəklər.
Taksi sahsi sahibkarlıq və biznes fəaliyyətidir və rüsumunu ödəyərək taksi fəaliyyəti ilə məşğul olanlar qazanc əldə edəcəklər”.
Oxşar xəbərlər
Azərbaycanda taksilərlə bağlı bu yeniliklər olacaq - Nazir açıqladı
Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev taksi xidmətində aparılacaq islahatlardan danışıb. BAKU.WS apa-ya istinadən naziri...
