"20 Yanvar" metrostansiyasının yeraltı keçidlərində mağazalar bağlanıb

20 Yanvar metrostansiyasının yeraltı keçidlərində mağazalar bağlanıb
Foto
Sosial 269

Bakı Metrosunun «20 Yanvar» stansiyasının yeraltı keçidlərində fəaliyyət göstərən mağazalar fəaliyyətini dayandırıb.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, bu gün səhər saatlarında mağazalar bağlı olub. Sahibkarların bildirdiyinə görə, qərar dünən axşam saatlarında verilib. Bildirilib ki, mağazaların hansı səbəbdən bağlanması bəlli deyil.

«Bakı Metropoliteni» QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov «APA-Economics«ə bildirib ki, 20 Yanvar və Cəfər Cabbarlı metro xətlərindəki keçidlərdəki obyektlərin onlara heç bir aidiyyəti yoxdur.

Bakı Şəhər İcra Hakimiyyətindən də keçidlərdəki mağazaların onlara aidiyyatı olmadığı bildirilib.

Mağazaların bağlanmasının səbəbləri barədə digər qurumlar də hələlik açıqlama yaymayıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər