20 nömrəli məktəb-lisey əyani tədrisə qayıdıb
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtdakı 20 nömrəli məktəb-liseydə əyani dərslər bərpa edilib.
BAKU.WS xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil idarəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib.
Qeyd edək ki, fevralın 3-dən paytaxtdakı 20 nömrəli məktəb-lisey yenidən distant tədrisə keçmişdi.
20 nömrəli məktəb-lisey şagird və müəllimlər arasında koronavirus infeksiyası yayıldığına görə ötən il oktyabrın 18-dən iki həftəlik distant tədrisə keçmiş, oktyabrın 30-dan isə karantinin müddəti daha 10 gün uzadılmışdı.
Ötən il noyabrın 11-dən isə əyani tədrisə geri dönmüşdü.
Xatırladaq ki, Bakıda 149 və 184 nömrəli tam orta məktəblərdə də bu gündən əyani dərslər bərpa edilib.
Oxşar xəbərlər
Bu həftə məktəblərdə dərslər dayandırılır? - RƏSMİ AÇIQLAMA
Azərbaycanda daha iki məktəb koronavirusa görə bağlanıb. BAKU.WS xəbər verir ki, Qax rayonu 2 nömrəli ümumtəhsil müəssisəsi distant təhsilə keçib. Məktəbdən məl...