20 nəfər əlilliyi olan şəxsə təkərli oturacaqlar verildi - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
20 nəfər əlilliyi olan şəxsə təkərli oturacaqlar yaşadıqları bölgələrə aparılaraq verildi.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, qurumun Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi respublikamızın bölgələrində yaşayan əlilliyi olan şəxslərə səyyar formada xidmətlərini davam etdirir.
Mərkəz tərəfindən daha 20 nəfər əlilliyi olan şəxsə təkərli oturacaqlar yaşadıqları şəhər və rayonlara (Sumqayıt, Xırdalan, Quba, Xaçmaz, Biləsuvar, Cəlilabad, Masallı və Lənkəran) aparılaraq təqdim edilib. Həmin rayonlarda yaşayan digər bir qrup əlilliyi olan şəxsə də 12 reabilitasiya vasitəsi verilib.
Əlilliyi olan şəxslər ehtiyac duyduqları reabilitasiya vasitələrinin elə öz yaşadıqları bölgələrə gətirilib onlara verilməsindən razılıqlarını bildiriblər.
Qalereya
Oxşar xəbərlər
Hökumət əlilliyi olan şəxslərlə bağlı qərar verdi
Nazirlər Kabineti “Əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin növlərinin Siyahısı”nı təsdiq edib. BAKU.WS xəbər verir ki...