20 min şəxsə birdəfəlik ödəniş edilməsindən imtina olundu
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda işsiz kimi birdəfəlik ödəmə almaq üçün elektron qaydada müraciət edənlərdən 20 min şəxsin hazırda işsiz olmadığı müəyyən edilib.
BAKU.WS xəbər verir ki, onlara birdəfəlik ödəmə verilməsindən imtina olunmasına dair SMS göndərilib.
Xatırladaq ki, birdəfəlik ödəmə işsiz şəxslər üçün nəzərdə tutulub. Məqsəd dövlət tərəfindən onların rifahına dəstəyin göstərilməsidir. Bununla belə, işləyən, əməkhaqqı alan bir çox şəxslərin də özünü işsiz kimi qeydiyyatdan keçirmək və birdəfəlik ödəmə proqramından yararlanmaq üçün müraciətlər etmələrinin şahidi oluruq.
Müvafiq elektron informasiya sistemləri üzərindən məlumatların təhlili aparılarkən şəxsin işsiz olub-olmadığı müəyyən edilir və buna uyğun olaraq da obyektiv qərar verilir.
Qeyd edilən 20 min şəxsin müraciətlərinin emalı zamanı da onların hazırda əmək müqaviləsi əsasında işlədikləri məlum olub. Bu səbəbdən də birdəfəlik ödəmə təyinatından imtina qərarı verilib. Həmin şəxslərə göndərilən mesajda da bu barədə və imtinanın səbəbi barədə məlumat verilir.
Müraciətlərin emalı davam edir.
Oxşar xəbərlər
Sahil Babayev: Ailədə 1 nəfər işləyirsə, digər üzvlərə yardım olmayacaq - VİDEO
"Birdəfəlik ödəmə dövlətdən sosial ödəniş almayan şəxslər üçündür. Dövlətdən sosial ödəniş alan heç bir şəxs bu vəsaiti alan kontingentə düşmür”. BAKU.WS xəbər...