Cəbrayılın Horovlu kəndinə növbəti köç karvanı yola salınıb

Cəbrayılın Horovlu kəndinə növbəti köç karvanı yola salınıb
Foto
Sosial 105

Növbəti köç karvanı Cəbrayıl rayonunun Horovlu kəndinə çatıb, sakinlərə mənzillərin açarları təqdim edilib.

BAKU.WS report-a istinadən xəbər verir ki, açarların təqdim olunması mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak ediblər.

Bu mərhələdə Horovlu kəndinə 18 ailə olmaqla 66 nəfər köçürülüb.

*** 13:05

Cəbrayıl rayonuna yola salınam köç karvanı Horovlu kəndinə çatıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, Cəbrayıl rayonu Horovlu kəndinə bu gün 18 ailə olmaqla 66 nəfər qayıdıb.

Məlumata görə, kənddə ailələrin daimi yaşayışını təmin etmək məqsədilə hər cür infrastruktur yaradılıb.

***12:21

Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç karvanı yola salınıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu mərhələdə Cəbrayıl rayonunun Horovlu kəndinə 18 ailə (66 nəfər) köçürülür.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər