SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gecə Şimal bölgəsinə yağan güclü yağışlar nəticəsində Biləcəri-Yalama sahəsinin Zarat dəmiryol stansiyası və Giləzi-Zarat mənzilində sel suları ciddi fəsadlar yaradıb.

BAKU.WS xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC (ADY) məlumat yayıb.

Bildirilir ki, nəticədə infrastruktura ziyan dəyib, qatarların hərəkətində fasilələr yaranıb.Hərəkətin təhlükəsizliyi və fasiləsizliyin təmin edilməsi üçün operativ olaraq əraziyə xüsusi texnika və işçi qüvvəsi səfərbər olunub. Fəsadlar qısa zamanda aradan qaldırılıb və yük qatarlarının hərəkət fəaliyyəti bərpa edilib.

BAKU.WS
VİDEO