Tozlu hava şəraiti nə vaxtadək davam edəcək? - RƏSMİ

Tozlu hava şəraiti nə vaxtadək davam edəcək? - RƏSMİ
Sosial 0

Son iki gün ərzində Bakı və Abşeron yarımadasının atmosfer havasında toz müşahidə olunur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, atmosfer havasının keyfiyyətinin monitorinqi üzrə fəaliyyət göstərən avtomatik stansiyalardan əldə edilmiş məlumatların təhlilinə əsasən əgər avqust ayının 13-14-də tozun konsentrasiyası normadan 1,3-1,8 dəfə yüksək olubsa, hazırda havada tozun miqdarı normadan 2.5 dəfə artıqdır.

Qeyd olunub ki, havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir: "Belə ki, davamlı cənub-şərq istiqamətli hava axınları ilə toz hissəciklərinin ölkə ərazisinə daxil olması müşahidə olunur.

Bu günlərdə isti diskomfortla yanaşı tozun miqdarının normadan yüksək olmasını nəzərə alaraq açıq havada uzunmüddət olmaq tövsiyə olunmur. Ev və ofis şəraitində isə nəm təmizləmə işlərinin gün ərzində aparılması məsləhətdir, çünki belə hava xüsusilə tənəffüs orqanları problemi olan insanlarda narahatlıq hissi yarada bilər. Bu cür tozlu hava şəraitinin 2 gün ərzində davam edəcəyi gözlənilir".

Oxşar xəbərlər

Bakıda bu ərazilərdə avtomobillərin parklanması pulsuz olacaq

Bakıda bu ərazilərdə avtomobillərin parklanması pulsuz olacaq

Bakı şəhəri üzrə zonalar parklanma qiymətləri açıqlanıb. BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi “Nəqliyyat vasitə...

890 Sosial 20:01 25 iyun 2023

Son xəbərlər