1959-cu ildən bu günə: İT sahəsinin inkişafını əks etdirən sərgi - FOTOREPORTAJ

1959-cu ildən bu günə: İT sahəsinin inkişafını əks etdirən sərgi - FOTOREPORTAJ
Foto
Sosial 32

İnformasiya texnologiyaları sahəsi ilə bağlı müxtəlif əşyaların sərgiləndiyi bu guşədə rəqəmsal mühitin inkişaf tarixini əks etdirən zəngin eksponatlar nümayiş olunur.

BAKU.WS PhotoStock.az-a istinadən xəbər verir ki, sərgidə əvvəlcə bir nəslin texnologiya ilə ilk təmasını yaddaşlara həkk etmiş "Windows XP" əməliyyat sistemi ilə işləyən masaüstü kompüter diqqəti cəlb edir.

Daha sonra ən qədimi 1959-cu ilə aid olmaqla 100-dən artıq kitab, müxtəlif ehtiyat hissələri, şəbəkə və periferiya avadanlıqları, eləcə də fərqli məlumat daşıyıcıları nəzərə çarpır.

Ekspozisiyada milli informasiya texnologiyaları və internet tarixi ilə bağlı maraqlı nümunələr də təqdim edilir. Kolleksiya mütəmadi olaraq yeni eksponatlarla zənginləşir. Kolleksiyanın yaradıcısı, informasiya texnologiyaları mütəxəssisi Vahid Qasımov hələ 1980-ci illərdən etibarən İT sahəsi ilə məşğul olduğunu qeyd edir. O, illər boyu topladığı kitab və avadanlıqları qoruyaraq bu günə qədər saxlayıb. Məqsəd ziyarətçilərə texnologiyanın keçdiyi inkişaf yolunu əyani şəkildə göstərməkdir.

Son xəbərlər