Bakıda qeyri-qanuni valyuta dəyişən şəxslər var - VİDEO

Bakıda qeyri-qanuni valyuta dəyişən şəxslər var - VİDEO
Video
Sosial 218

Bakıda hələ də qeyri-qanuni olaraq valyuta dəyişən şəxslər var.

Metronun 28 may stansiyasının çıxışında fərdi şəxslər valyuta dəyişmə işi ilə məşğul olurlar.

Həmin şəxslər 100 dolları 169 manata alırlar. Əgər məbləğ çox olarsa, bu zaman bir az yüksək qiymət təklif edilir.

Qeyd edək ki, hüquq-mühafizə orqanları mütəmadi olaraq belə şəxslərə qarşı mübarizə aparsalar da, hələlik ''qara bazar''ın qarşısı tam alınmayıb.

İqtisadçı-ekspert Rəşad Həsənov "Xəzər Xəbər"ə deyib ki, faktiki olaraq insanların valyutaya əlçatanlığı aşağı səviyyədədir. Hazırda leqal olaraq valyuta konvertasiyasını banklar və ''Azərpoçt''un şöbələri həyata keçirir.

Onun sözlərinə görə, bankların bu xidməti göstərən filial və şöbələri tələbatı ödəyəcək sayda deyil. Bundan başqa, vətəndaşlar üçün dollar ekvalentində valyuta almaq limiti tətbiq edilir. Yəni bir nəfər il ərzində maksimum 20 min manat dəyərində dollar ala bilər.

Ekspert deyir ki, 2018-ci ildən sonra valyuta dəyişmə məntəqələrinin fəaliyyətinin təşkili ilə bağlı hazırlanan normalar da bu istiqamətdə sahibkarlıq fəaliyyətini təşviq etmir.

İnzibati Xətalar Məcəlləsində lisenziyasız valyuta dəyişmə fəaliyyəti ilə məşğul olan şəxslərlə bağlı sərt sanksiyalar nəzərdə tutulur.

Ekspert vurğulayıb ki, ''qara bazar''ın aradan qaldırılması üçün vətəndaşların valyutalara əlçatanlığı təmin edilməlidir.

Oxşar xəbərlər

Bakının reytinqli məktəbləri cərimələndi - SİYAHI

Bakının reytinqli məktəbləri cərimələndi - SİYAHI

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi paytaxtın Yasamal rayonunda yerləşən A.Hüseynzadə adına 20 nömrəli tam orta məktəbdə qida qəbulundan sonra...

3885 Sosial 18:30 12 aprel 2023

Son xəbərlər