Azərbaycanda nə qədər müharibə əlili var? - RƏSMİ AÇIQLAMA
"Bu günə kimi 4 minə yaxın vətəndaşla bağlı əlillik təyinatı aparılıb. Hazırda bu komisiyalar davam edir".
BAKU.WS xəbər verir ki, bunu Real TV-yə açıqlamasında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin həkim-eksperti Namiq Seyfəddinli bildirib.
Onun sözlərinə görə, müharibədə iştirak etmək hələ əlil olmaq demək deyil: "Bəzən müraciət edilir ki, müharibədə döyüşüblər və ona mütləq əlillik təyin edilməlidir. Amma müharibədə döyüşmək hələ əlil olmaq demək deyil. Hətta yaralanmayanlar da müraciət edirlər ki, onlara pensiya təyin olunsun. Amma əlillik təyin olunması üçün xəsarət alınmalıdır".
Oxşar xəbərlər
Maaşınızdan tutulan pula görə klinikalarda bu tibbi xidmətlərdən istifadə edə biləcəksiniz - RƏSMİ
Artıq yanvar ayından etibarən “Tibbi sığorta haqqında” qanuna əsasən, ölkə üzrə dövlət və özəl sektorda çalışanlardan icbari tibbi sığorta haqlarının toplanılma...