SİZİN REKLAM BURADA!
055 213 76 73


Dövlət Statistika Komitəsinin kollegiyasının tərkibində dəyişiklik edilib.

BAKU.WS xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərarla Dövlət Statistika Komitəsinin kollegiya üzvlərinin sayı 11 (on bir) nəfərdən ibarət müəyyənləşdirilib və aşağıdakı tərkibdə təsdiq edilib:

Kollegiyanın sədri

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri

Kollegiyanın üzvləri:

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin birinci müavini;

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavinləri;
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri;

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Aparatının rəhbəri;

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Aparatının Statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsinin müdiri;

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Aparatının İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri;

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Aparatının Milli hesablar və makroiqtisadi göstəricilər statistikası şöbəsinin müdiri;

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Aparatının Sosial statistika şöbəsinin müdiri;

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Elmi Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzinin direktoru.

BAKU.WS