SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda piyadaların intensiv keçdiyi piyada zolaqlarından biri silinib.

Xezerxeber.az xəbər verir ki, söhbət Qaradağ rayonu, Lökbatan dairəsi kimi tanınan ərazidən gedir.

Dairənin yaxınlığında, iri ticarət mərkəzinin yanındakı piyada keçidi bağlanıb. İnsanlar isə çətinliklə də olsa, həmin hissədən, maneələrin üzərindən keçməyə çalışırlar.

Həmin ərazidən istifadə edən sürücülər də keçid işarəsinin ərazidən götürüldüyünü, bunun da onlara çətinlik yaratdığını bildiriblər.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucovun sözlərinə görə, həmin keçid agentliyin təşəbbüsü ilə ləğv edilib.

Piyadalar və sürücülər ümid edir ki, əraziyə yenidən baxış keçiriləcək və müvafiq addımlar atılacaq.

Daha ətraflı süjetdə:

BAKU.WS
VİDEO