SİZİN REKLAM BURADA!
055 213 76 73


Mütəxəssis astroloqların fikrincə, bəzi bürclər ilanlar kimi məkrli ola bilər. Bu bürclər hər mövzuda özlərini ön plana çıxarmağa çalışır.

BAKU.WS xarici mətbuata istinadən ən məkrli 3 bürcü təqdim edir:

Əkizlər bürcü

Əkizlər bürcü nə qədər təbii görünsə də, həmişə nələrisə gizlədir və məkrli davrana bilərlər. Fikirləriniz Əkizlər bürcü ilə ziddiyyət təşkil etdikdə, dərhal arxanızca iş çevirməyə meyllidirlər. Sonradan etdiklərinə görə peşman olub sizi təəccübləndirə bilərlər.

Qız bürcü

Qız bürcləri dediyiniz hər sözü yadda saxlayır. Bu bürcün nümayəndələri ilə probleminiz olduqda, sizin haqqınızda olan məlumatları düşünmədən sizə qarşı istifadə edə bilərlər. Bunu edərkən o qədər gizli hərəkət edirlər ki, nə baş verdiyini başa düşməyiniz vaxtınızı alar.

Əqrəb bürcü

Əqrəb bürcləri sizə qəzəbləndikdə, arxanızca hiylə quraraq qisas almağa cəhd edə bilərlər. İntiqam və nifrət hissi yüksək olan Əqrəb bürclərinin nə edəcəyi heç vaxt təxmin edilə bilməz.

BAKU.WS