SİZİN REKLAM BURADA!
055 213 76 73


Daxili işlər orqanlarında yeni təyinat olub.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı əmrlə Sabirabad Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini, polis polkovnik-leytenantı Anar Məmmədov vəzifədən azad edilib.

Digər əmrlə A.Məmmədov DİN-in Baş Mühafizə İdarəsinin Quba-Qusar Regional Mühafizə İdarəsinin rəisi təyin olunub.

BAKU.WS