Paytaxt Bakıda havaların isti keçməsi dözülməz hala çatıb. Məhz bu amilə görə Tarqovuda fəaliyyət göstərən "McDonalds”un əməkdaşları xeyriyyə addımı atıblar.

 

BAKU.WS-in məlumatına görə, işçilər günün istisində boğazı quruyan vətəndaşlar pulsuz sərin su paylayırlar. "McDonalds”un əməkdaşlarının bu addımı vətəndaşların böyük marağına səbəb olub. Ətrafdan keçən insanlar humanist əmələ görə işçilərə təşəkkür edib.


Qeyd edək ki, son günlər Azərbaycanda dəhşətli istilər müşahidə olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan bildirilir ki, bu gün ölkə ərazisində bəzi yerlərdə 42 dərəcə isti müşahidə olunacaq.

 

BAKU.WS