18 ton yararsız qənnadı məmulatları məhv edildi
06
sen
2022
20:20
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakıda 18 ton yararsız qənnadı məmulatlarını məhv edib.
Bu barədə BAKU.WS-ə AQTA-dan məlumat verilib.
"N.A.N.T” MMC-nin Agentliyə müraciəti əsasında, istehlaka yararsız və istifadə müddəti bitmiş, ümumi çəkisi 18440 kq qənnadı məmulatları "Təmiz Şəhər” ASC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir.
Oxşar xəbərlər
AQTA istehlaka yararsız 19 ton süd məhsulunu məhv edib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlaka yararsız qida məhsullarını məhv edib. Bu barədə, AQTA-dan BAKU.WS-ə bildirilib ki, “Su...