SİZİN REKLAM BURADA!
055 213 76 73


Qırmızı rəngli köhnə avtomobillə Türkiyəyə yardım kampaniyasına qoşularaq yorğan-döşək və digər ləvazimatlar aparan şəxsə avtomobil hədiyyə edilib.

BAKU.WS azxeber.com-a istinadən xəbər verir ki, Sərvər Bəşirli adlı şəxs bu gün "MTV”-də yayımlanan "Ümid ilə gəl" televiziyasına dəvət olunub.

Aparıcı Tarix Əliyev ona yeni avtomobilin alınması üçün yardım kampaniyası başlatdığını deyib.

Verilişə bağlanan Rusiyada yaşayan iş adamlarından biri Sərvər Bəşirliyə avtomobil hədiyyə etdiyini bildirib.

Avtomobilin açarı birinci gün Sərvər Bəşirliyə hədiyyə ediləcək.

BAKU.WS