Qaxda yığılan yardımla dolu ilk "TIR" Türkiyəyə yola düşüb - FOTO

08
fev
2023
14:10
Türkiyədə baş verən güclü zəlzələdən zərərçəkənlərə yardım toplamaq üçün Qaxda bir neçə ünvan ayrılıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, yardım əsasən Qax Olimpiya Kompleksində toplanır.
Yardım kampaniyasına dəstək olmaq istəyən şəxslər qış paltarları, o cümlədən gödəkçə, şalvar, əlcək, corablar və s. əşyaları Qax Olimpiya Kompleksinə gətirərək təhvil veriblər. Eyni zamanda, çadır, yorğan, döşək, fənər, generator, poverbank, təmizlik alətləri kimi yararlı əşyalar da toplanılır.
Qaxda yığılan yardımla dolu ilk "TIR" bu gün səhər saatlarında Türkiyəyə yola düşüb.
Qalereya
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...
