Sərnişinlərin nəzərinə! - Bu tarixdən bəzi avtobusların hərəkət sxemi dəyişdirilir

03
fev
2023
16:49
Fevralın 5-də 4 marşrut avtobusunun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.
Bu barədə BAKU.WS-ə Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.
Qeyd olunub ki, məhdudiyyət 5 fevral saat 09:00-dan saat 16:00-dək Heydər Əliyev prospektinin kənar yolunda, tuneldə (Bağırov körpüsünün alt hissəsi, şəhər mərkəzi istiqamətində) təmir işlərilə əlaqədardır.
Tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq 1, 13, 38 və M8 nömrəli marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilərək Heydər Əliyev prospekti, əsas yoldan təşkil ediləcək.
Oxşar xəbərlər
Sabah Bakıda bu avtobusların hərəkət sxemi dəyişdiriləcək - SİYAHI
Sabah saat 08:00-dan avqustun 21-i saat 20:00-a qədər Bakının Nizami rayonunun Mikayıl Əliyev küçəsi ilə Mehdi Abbasov küçəsinin kəsişməsində yerləşən dairədə a...
