SİZİN REKLAM BURADA!
055 213 76 73


Şəhərlərarası (rayonlararası) avtobus marşrutlarında məsafəyə uyğun sərnişin biletlərinin tarifləri açıqlanıb.

BAKU.WS xəbər verir ki, tarif (qiymət) Şurasının 31.01.2023-cü il tarixli 01 nömrəli qərarı ilə təsdiq edilmiş tarifə uyğun hesablanıb. Bu tariflər 03.02.2023-cü il tarixindən qüvvəyə minir və şəhər və rayonlardan Bakı istiqamətinə də şamil edilir.

Həmin cədvəli bu linkdən tanış ola bilərsiz.

****11:01

Azərbaycanda müntəzəm şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı hədləri təsdiq edilib. 

BAKU.WS-in məlumatına görə, bu barədə Azərbaycan Respublikası Tarif (qiymət) Şurası qərar qəbul edib. 

Məlumata görə, bu günə kimi müntəzəm şəhərlərarası avtobus marşrutlarında sərnişindaşıma xidməti üzrə tarifin yuxarı həddi bir kilometr üçün 2.4 qəpik idisə, 3 fevral tarixindən etibarən 3 qəpik olub. Bu səbədən istiqamətlər üzrə kilometrə görə qiymətlərdə artımlar olacaq.

Bu günə qədər olan qiymətlər belə idi:

Rayonlara isitqamətlər üzrə qiymətlər cəvdəli bu günlərdə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin saytına yerləşdiriləcək.

Orxan Hüseyn
BAKU.WS