General Səhlab Bağırov yeni vəzifəyə təyin edilib - YENİLƏNİB
Polis general-mayoru Səhlab Bağırov Daxili İşlər Nazirliyi Əlahiddə Çevik Polis Alayının komandiri vəzifəsindən azad edilib.
BAKU.WS "report"a istinadən xəbər verir ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov bununla bağlı əmr imzalayıb.
Əmrə əsasən, o, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin nəzdində yerləşən mərkəzə rəhbər təyin olunub.
Hələlik Əlahiddə Çevik Polis Alayının komandiri vəzifəsinə təyinat yoxdur.
***17:58
Çevik Polis Alayının rəisi işdən çıxarılıb.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən DİN-nın Əlahiddə Çevik Polis Alayının rəisi Səhlab Bağırov sərəncama götürülüb.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...