Bakı-Sumqayıt sürət qatarı niyə gecikmə ilə işləyir? - RƏSMİ

Bakı-Sumqayıt sürət qatarı niyə gecikmə ilə işləyir? - RƏSMİ
Sosial 182

Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən elektrik qatarların zaman-zaman ləngiməsi, gecikməsi müşahidə olunur.

BAKU.WS xəbər verir ki, bu problemləri tam aradan qaldırmaq üçün hansı addımların atılması maraqla gözlənilir.

“Azərbaycan Dəmir Yolları” QSC-dən mövzu ilə bağlı BAKU.WS-ə bildirilib ki, Abşeron dairəvi dəmir yolu 2015-2019-cu illərdə yenidən qurularaq inşa olunub:

"Son dövrlər avtomobil yollarında gündəlik müşahidə olunan böyük tıxaclar sərnişinləri mənzil başına tez, rahat və təhlükəsiz şəraitdə çatmaları üçün elektrik qatarlarından daha çox istifadəyə sövq edir. Bununla yanaşı, təhlükəsizlik qaydalarına zidd olaraq qatarların qapılarına edilən kənar müdaxilələr və yaxud sərnişinlərin sıxlıq səbəbindən minib-düşərkən ləngiməsi nəticəsində qatarların hərəkət qrafikində qismən gecikmələr baş verə bilər.

Eyni zamanda avtomobillərin qorunmayan dəmir yolu keçidlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə riayət etməməsi, piyadaların qadağan olunmuş ərazilərdə dəmir yolunu keçməyə cəhd etməsi qatarların qrafikində ləngimələrə səbəb olmaqla yanaşı, dəmir yolu infrastrukturuna ciddi ziyan vurur".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

146 avtobus ünvana GECİKİR

146 avtobus ünvana GECİKİR

Paytaxt yollarında 63 marşrut xətti üzrə gecikmə müşahidə edilir. Vahid Dispetçer Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, paytaxtın müxtəlif ərazilərində...

300 Sosial 09:20 01 avqust 2022

Son xəbərlər