Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutuna direktor və müavin təyin edilib

Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutuna direktor və müavin təyin edilib
Sosial 266

Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutuna (ETTBİ) direktor təyin edilib. Səhiyyə naziri Teymur Musayevin müvafiq əmrinə əsasən, Sədaqət Qənbər qızı Hüseynova ETTBİ-nin direktor vəzifəsinə təyin olunub.

Bu barədə BAKU.WS-ə Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat verib.

Səhiyyə nazirinin digər əmri ilə Rəhimə Ramiz qızı Məmmədova Elmi-Tədqiqat İnstitutunun direktorun müavini - baş həkim vəzifəsinə təyin olunub.

Son xəbərlər