VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ölkə ərazisində yanvar ayının pensiyalarının gecikdiyi iddia edilir.

Bu barədə BAKU.WS-in "qaynar xətt"inə çoxlu sayda müraciətlər daxil olub. 

Məlumata görə, daha əvvəl hər ayın 8-nə qədər ödənən təqaüdlər bu ayın 10-u olmasına baxmayaraq, hələ də ödənməyib.

Məsələ ilə bağlı BAKU.WS-ə açıqlama verən Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat katibi Fazil Talıblı bildirdi ki, yanvar ayında ötən aylara nisbətən 1-2 gün gecikmə yaşana bilər:

"Bilirsiniz ki, yeni ildən sonra yanvar ayı büdcə ayıdır. Yəni büdcə təsdiq edildikdən sonrakı ilk ay. Elə buna görə də burada ötən aylara nisbətən 1-2 gün yubanma ola bilər. Amma qrafikə uyğun olaraq heç bir gecikmə yoxdur. Yanvar ayının 15-dək pensiyalar ödəniləcək".

Qeyd edək ki, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə dekabr ayının pensiyaları ötən ayın 9-da ödənilib.

Banu Hüseynli
BAKU.WS