Soyuqdan donan şagirdlər belə etiraz etdilər - AÇIQLAMA

Sosial şəbəkələrdə Sabirabad rayonunun Kovlar kənd tam orta məktəbində istiliyin olmamasına etiraz edən şagirdlərin görüntüləri yayılıb.
BAKU.WS Qafqazinfo-ya istinadla xəbər verir ki, bu gün çəkilən görüntüdə məktəblilər əllərində “1 dekabr - soyuqdan donuruq!” sözləri yazılan vərəqlərlə istiliyin olmamasına etiraz ediblər.
Məsələ ilə əlaqədar Mil-Muğan Regional Təhsil İdarəsindən bildirilib ki, hazırda problemin həlli ilə əlaqədar iş gedir:
“Bir neçə gündür Kovlar kənd məktəbində istiliklə bağlı problem yaranıb. Məktəb dizel yanacağı ilə qızdırılır. Qazanxana işə salınan zaman problem ortaya çıxıb. Hazırda ustalar işləyirlər. Bəzi detallar lazım idi, onlar alınıb. Bu gün, uzağı sabah problem aradan qaldırılacaq, məktəb istiliklə təmin olunacaq”.
Oxşar xəbərlər
Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncam məhkum olunmuş bir sıra şə...
