Xocasən Sağlamlıq Mərkəzinin rüşvət alan sabiq direktoruna hökm oxunub

Bakı şəhər Binəqədi rayonu Xocasən Sağlamlıq Mərkəzinin sabiq direktoru Əliyar Məmmədovun cinayət işi üzrə məhkəmə başa çatıb.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Əliyar Məmmədov 9 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Bakı şəhər Binəqədi rayon Xocasən Sağlamlıq Mərkəzinin direktoru Əliyar Məmmədov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham olunur.
Cinayət işi üzrə zərərçəkən şəxs qismində Dövlət Sosial Müdafiə Fondu və Daxili İşlər Nazirliyinin Tibb Baş İdarəsi tanınıb.
Oxşar xəbərlər
Hazırda həbs həyatı yaşayan keçmiş icra başçıları - SİYAHI
Ötən gün İmişli rayonunun sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Məhkəmənin hökmü ilə V. Hacıyev 12 il azadlıqdan məh...