17 yaşında təyyarə idarə edən pilotun miniatür dünyasından FOTOREPORTAJ
Azərbaycan Modelistlər Klubu 1989-cu ildən fəaliyyət göstərir. Klubun sədri İlqar İsmayılov da həmin dövrdən bu kollektivin üzvlərindən biri olub.
BAKU.WS PhotoStock.az-a istinadən xəbər verir ki, 2021-ci ildən etibarən klub onun təşəbbüsü ilə yenidən fəaliyyətə başlayıb və hazırda da o, sədr kimi işini davam etdirir.
İlqar İsmayılov modelizmlə 7 yaşından məşğuldur və bu sahədə 50 ilə yaxın təcrübəyə malikdir. Onun sözlərinə görə, 14 yaşında paraşütlə tullanıb, 17 yaşında isə təyyarə idarə edib.
Klubda Azərbaycan Ordusunda istifadə olunan hərbi texnikaların - tankların, zirehli maşınların və təyyarələrin, həmçinin retro avtomobillərin miniatür modelləri hazırlanır. Ümumilikdə kolleksiyada təxminən 200 maket mövcuddur, onların 50-dən çoxu isə əl işidir. Modelistlər Klubu modelizm sahəsinə marağı olan şəxslərin bir araya gəldiyi, bu istiqamətdə bilik və təcrübələrin paylaşıldığı məkan kimi fəaliyyət göstərir.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanda vergi bəyannaməsi mobil tətbiq üzərindən təqdim ediləcək
Azərbaycanda vergi bəyannamələrinin mobil tətbiq üzərindən təqdim edilməsi nəzərdə tutulur. BAKU.WS xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət V...