SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bu gün Azərbaycanın bütün orta məktəblərində "Bilik Günü" qeyd edilir.


BAKU.WS
əməkdaşı Bakıdakı 132-134 saylı orta məktəb kompleksində olub. Ümumtəhsil müəssisəsində şagirdlər saat 08:00-da artıq məktəbin qarşısına toplaşmışdılar.

Birinci dəfə məktəbə qədər qoyan şagirdlərin üzlərindəki ifadədə həm sevinc, həm də müəyyən qədər qorxu hissi vardı. Şagirdlərdən çox onları məktəbə gətirən valideynlər, nənələr-babalar sevinirdilər.


Məktəbin qarşısında isə şagirdləri gətirən bahalı avtomobillər dayanmışdı. Yol ensiz olduğu üçün səhər saatlarında həmin istiqamətdə avtomobil sıxlığı yaranmışdı. Baxmayaraq ki, məktəbin həndəvərində yol polisi, nəqliyyat nazirliyinin müfəttişləri vardı, amma yenə də uşaqları məktəbə gətirən avtomobilləri yolun kənarından yığışdıra bilmirdilər.

 

 

 

 

 

 

 

 

132-134 saylı məktəb kompleksinin rəhbərliyindən öyrəndik ki, bu il 10 birinci sinifdə 372 şagird təhsil alacaq. Onlardan 7 sinif rus bölməsinin, 3 sinif isə Azərbaycan bölməsinin payına düşür.

 

Bu il məktəb kompleksində 4 XI sinif var. Onların da sayı 120 nəfərdir. XI siniflər rus bölməsində təhsil alırlar. 


Qeyd edək ki, 2015-2016-cı tədris ilində Azərbaycanın ümumtəhsil məktəblərinin I siniflərinə 150 mindən çox şagird qəbul olunub. Ümumilikdə, yeni tədris ilində ümumtəhsil müəssisələrində 1 milyon 370 minə yaxın şagird təhsil alacaq.


Bu il Bakı şəhəri üzrə I sinfə gedəcək şagirdlərin sayı 42 723 nəfərdir. Bakı şəhəri üzrə ümumtəhsil məktəblərində ümumilikdə 347 891 nəfər şagird təhsil alacaq.


Xatırladaq ki, Prezident İlham Əliyevin 2004-cü il 21 avqust tarixli fərmanına uyğun olaraq, ölkədə yeni dərs ili sentyabrın 15-də başlanır və bu tarix Bilik Günü kimi qeyd olunur.

 

Ziya Səccad
BAKU.WS