İşıqlar söndü: Bakı-Sumqayıt yolunda hərəkət iflic oldu

İşıqlar söndü: Bakı-Sumqayıt yolunda hərəkət iflic oldu
Sosial 175

Bu gün səhər saatlarından etibarən Masazır qəsəbəsində elektrik enerjisinin verilməsi dayandırılıb.

BAKU.WS "publika.az"-a istinadla xəbər verir ki, nəticədə Masazır dairəsindəki işıqforlar işləməyib.

Belə olan halda avtomobillərin hərəkətində də maneələr yaranıb. Bakı-Sumqayıt və Masazır-Xırdalan istiqamətdə kilometrlərlə tıxac yaranıb. Tıxacın hələ də davam etdiyi bildirilir.

Elektrik enerjisinin qəsəbəyə nə vaxt veriləcəyi isə məlum deyil.

Son xəbərlər