Son üç ayda ilan sancması ilə bu qədər adam KTM-ə müraciət edib

Son üç ayda (yay aylarında) ilan sancması ilə bağlı Kliniki Tibbi Mərkəzə 76 nəfər müraciət edib.
Bu barədə BAKU.WS-ə KTM-dən məlumat verilib.
Onlardan yeddisinin vəziyyəti kəskin ağır, digərlərinin vəziyyəti isə orta ağır kimi qiymətləndirilib. Bir nəfərin müalicəsi isə hələ də davam etdirilir. Müraciət edənlər arasında ölüm halı qeydə alınmayıb.
Həmçinin, bu müddət ərzində on bir nəfər həşərat sancması diaqnozu ilə Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib. Bu hal üzrə də ölüm qeydə alınmayıb.
Havaların soyuması ilə əlaqədar olaraq, artıq bu kimi müraciətlərin sayında azalma müşahidə edilir.
Oxşar xəbərlər
Son bir ayda 20 nəfəri ilan sancıb
Son bir ayda ilan sancması ilə bağlı Kliniki Tibbi Mərkəzə 20 nəfər müraciət edib. Kliniki Tibbi Mərkəzin Mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, o...
