SİZİN REKLAM BURADA!
055 213 76 73


Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov rayon məktəblərində şagirdlərin dərsə davamiyyəti və dərs prosesinin hansı səviyyədə təşkil edilməsini öyrənmək məqsədi ilə seçmə qaydada Arıqıran kənd tam orta və Alnabat kənd tam orta məktəblərində olub.

BAKU.WS xəbər verir ki, bu barədə Gədəbəy Rayon İcra Hakimiyyətindən bildirilib:

"Arıqıran kənd tam orta məktəbdə 1-ci növbə dərs saatında 201 şagirddən yalnız 55-i siniflərdə olmuş, təəssüflər olsun ki, məktəbdə nə direktor nə də müəllim olmayıb. Həmçinin 11-ci siniflər üzrə 55 şagirddən heç biri məktəbdə olub.

Acınacaqlı hal ondan ibarətdir ki, həmin şagirdlərin əksəriyyəti digər şəhər, rayonlarda yaşayan və rayonumuzla əlaqəsi olmayan şəxslərdir.

Rayon İcra Hakimiyyətinin başçısı məsələnin araşdırılması və bu kimi xoşagəlməz halların aradan qaldırılması ilə bağlı Qazax-Tovuz Regional Təhsil İdarəsi qarşısında məsələ qaldırıb".

BAKU.WS
QALEREYA