SİZİN REKLAM BURADA!
055 213 76 73


 

"BakuBus” sürücülər üçün yaddaş kitabçası hazırlayıb.
 
BAKU.WS xəbər verir ki, sürücülərin maarifləndirilməsi zəruri hesab olunan məlumatların əks olunduğu "Sürücünün yaddaş kitabçası” sərnişindaşıma fəaliyyətini daha səmərəli təşkil etmək və sürücülərin peşəkarlığını artırmaq məqsədi ilə hazırlanıb. Yaddaş kitabçasında avtobus sürücüsü peşəsinin beynəlxalq standartlara uyğun təsviri ilə yanaşı, "Bakubus”da fəaliyyət göstərən sürücülərin iş rejimi, işə hazırlıq prosesində görmələri zəruri olan tədbirlər, sərnişinlərlə davranış qaydaları, avtobusa texniki xidmət eyni zamanda gündəlik fəaliyyətə dair qeydlər və hesabatların verilmə qaydaları əks olunub.

Butün bularla yanaşı sürücünün hüquq və vəzifələri, qəza zamanı hansı zəruri addımların atılması və digər məlumatlar geniş şəkildə yaddaş kitabçasında öz əksini tapıb.

BakuBus sürücülərinə paylanacaq bu kitabçalar bundan sonra "BakuBus”un bütün avtobuslarında olacaq və sürücülər öz fəaliyyətlərini burdakı qaydalara əsasən həyata keçirəcək. Kitabçada göstərilən tələbləri yerinə yetirməyən sürücülər isə inzibati qaydada məsuliyyətə cəlb olunacaq.
 
BAKU.WS