16 qazi xaricə müalicəyə göndəriləcək - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
"ASAN xidmət" tərəfindən vətəndaşlara səyyar formada xidmətlərin həyata keçirilməsi davam edir.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən BAKU.WS-ə verilən məlumata görə, bu çərçivədə "YAŞAT" Fondu tərəfindən xaricdə müalicəsi davam etdiriləcək qazilərimiz və onların ailə üzvləri üçün səyyar ASAN xidmət həyata keçirilib.
Belə ki, müvafiq kateqoriyadan olan 16 qazi və 3 ailə üzvü üçün ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi xidməti həyata keçirilib.
Müvafiq xidmət əlavə səyyar xidmət haqqı olmadan həyata keçirilib, eyni zamanda zəruri olan dövlət rüsumu "ASAN xidmət" tərəfindən qarşılanıb.
Qalereya
Oxşar xəbərlər
Maaşınızdan tutulan pula görə klinikalarda bu tibbi xidmətlərdən istifadə edə biləcəksiniz - RƏSMİ
Artıq yanvar ayından etibarən “Tibbi sığorta haqqında” qanuna əsasən, ölkə üzrə dövlət və özəl sektorda çalışanlardan icbari tibbi sığorta haqlarının toplanılma...