13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

Vahid Dispetçer Xidmətinin bu gün səhər pik saatlarına olan məlumatına əsasən paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən 25 müntəzəm marşrut xətti üzrə 62 avtobusun hərəkət intervalında gecikmələr var.

BAKU.WS xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb.

Bildirilib ki, Bakı–Sumqayıt şosesində – Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısından 20 Yanvar dairəsi istiqamətində Moskva prospektində və əks istiqamətdə, Ekoloji Nəzarət üzrə Yol Patrul Xidmətinə qədər sıxlıq müşahidə olunur.

Bu səbəbdən də həmin ərazidən keçən 2, 7A, 13, 14, 18, 65, 67, 83, 96, 114A, 114B, 119, 135 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 6-8 dəqiqə gecikmə müşahidə edilir.

Eyni zamanda, Zabrat şosesi - Maştağa istiqamətində 40, 131, 163, 216, 217 və M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 5-6 dəqiqə gecikmələrin olduğu qeyd olunub.

Bildirilib ki, hazırda Binəqədi şosesi – Binəqədi istiqamətində sıxlıq var. Bu səbəbdən də həmin ərazidən keçən 71, 79, 133, 165, 179, 202 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 5-8 dəqiqə gecikmə müşahidə olunur.

BAKU.WS