SİZİN REKLAM BURADA!
055 213 76 73


Hazırda paytaxtın bir sıra küçə və prospektlərində müşahidə olunan nəqliyyat sıxlıqları müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət intervalında gecikmələr yaradıb.

BAKU.WS Bakı Nəqliyyat Agentliyinin yaydığı məlumata istinadən xəbər ki, Vahid Dispetçer Xidmətinin məlumatına əsasən, 27 müntəzəm marşrut xətti üzrə 29 avtobusun hərəkət intervalından gecikmələr yaranıb.

Heydər Əliyev prospekti şəhər istiqamətində 1, 2, 38 və M8 nömrəli müntəzəm marşrut xəttlərindəki avtobuslar 13-16 dəqiqə gecikmə ilə hərəkət edir.

Mikayıl Useyinov küçəsi Azneft dairəsi istiqamətində 5, 6, 53, 88, 125, 127 və 205 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobuslararası intervallarda 10-15 dəqiqə gecikmə müşahidə olunur.

Qara-Qarayev prospekti Xalqlar dostluğu metrostansiyasından Neftçilər metrostansiyasına qədər müşahidə edilən nəqliyyat sıxlığı səbəbindən 64, 15, 7A, 44, 60, 22, 11, 49, 40, 51, 81, 30 və 62 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 12-16 dəqiqə ləngimə var.

Tbilisi prospekti – 20 Yanvar dairəsi və şəhər istiqamətində 2, 13, 65 və 79 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallar 12-22 dəqiqəyə yaxın gecikir.

BAKU.WS