Bakıda ayağını pəncərədən çıxaran “Prius” sürücü həbs edildi - VİDEO

Bakı şəhərində sürücü ayağını çölə çıxararaq avtomobil idarə edib.
BAKU.WS "Oxu.Az"a istinadən xəbər verir ki, “Toyota Prius” markalı avtomobilin sürücüsü, 1992-ci il təvəllüdlü Murad Əşrəfov nəqliyyat vasitəsini idarə edən zaman ayağını çölə çıxarıb, cəmiyyətə açıq hörmətsizlik edərək ətrafdakı sürücülər üçün təhlükəli vəziyyət yaradıb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirilib ki, həmin şəxs barəsində toplanmış material Yasamal Rayon Məhkəməsinə təqdim edilib.
“İctimai qaydanı pozan şəxs artıq saxlanılıb və barəsində Yasamal Rayon Məhkəməsinin qərarına əsasən, 10 sutka inzibati həbs seçilib.
Bir daha sürücülərdən və ümumən bütün hərəkət iştirakçılarından yol hərəkəti qaydalarına hörmətlə yanaşmağı və təhlükəsizlik qaydalarına qanun çərçivəsində münasibət göstərməyi xahiş edirik”.
Oxşar xəbərlər
Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncam məhkum olunmuş bir sıra şə...