SİZİN REKLAM BURADA!
055 213 76 73


II Qarabağ müharibəsi qazisi Amin Musayev əməliyyat olunacaq.

BAKU.WS xəbər verir ki, o, bu haqda sosial şəbəkədə məlumat verib. Amin instaqram hesabında yeni fotosunu paylaşaraq ayağından əməliyyat olunacağını və hər kəsin onun üçün dua etməyini xahiş edib.

Qeyd edək ki, Amin Musayev Vətən müharibəsi zamanı Xankəndi ətrafında gedən döyüşlərdə ayağından yaralanıb. O, 2 gün sonra ermənilərə əsir düşüb. İrəvana aparılan Musayev orada ayağından uğursuz əməliyyat keçirib. Qazi 2020-ci ilin dekabrın 14-də digər hərbi əsirlərlə birlikdə vətənə gətirilib. Bundan sonra Amin ayağından iki dəfə də əməliyyat olunur. Musayev müsahibələrindən birində sinirləri tam bərpa olunmasa yaxın zamanlarda ayağının əməliyyat olunacağını bildirib. 

Onu da biliirək ki, ötən gün Amin Musayevin 29 yaşı tamam olub.

BAKU.WS