Bu gün Bakının bəzi küçə və prospektlərində hərəkət məhdudlaşdırılacaq - VİDEO

Bu gün Bakının bəzi küçə və prospektlərində hərəkət məhdudlaşdırılacaq - VİDEO
Video
Sosial 799

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi sabah Bakıda Silahlı Qüvvələr Günü ilə bağlı keçiriləcək tədbirlərlə əlaqədar sürücülərə müraciət edib.

BAKU.WS xəbər verir ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli "Xəzər Xəbər"ə bildirib ki, bu gün saat 10:00-dan 12:00-dək hərbi orkestrlərin hərəkət edəcəyi istiqamətdə hərəkət məhdudlaşdırılacaq.

Hərbi orkestrlərin marşrutlar üzrə yürüş istiqamətləri Heydər Əliyev sarayı - Bülbül prospekti -Nizami kinoteatrı - Neftçilər prospekti - Azadlıq meydanı, Şəhidlər Xiyabanı - Alov qüllələri İçərişəhər metrosu - Qala qapısı - Kukla teatrı - AzNeft dairəsi - Bəhram Gur heykəli istiqamətində hərəkətə məhdudiyyətlər tətbiq olunacaq.

Bundan başqa, Hüseyn Cavid- Parlament prospektləri- Şəhidlər xiyabanı, Zabitlər parkı - Heydər Əliyev sarayı - Səməd Vurğun küçəsi - Neftçilər prospekti, Nərimanov heykəli - Mərkəzi park - Milli Dram Teatrı - Qış parkı - Heydər Əliyev sarayı istiqamətində də hərbi orkestrlər keçdiyindən məhdudiyyətlər olacaq.

Araz Əsgərli əlavə edib ki, bu gün 19:00-dan 21:00-dək Heydər Əliyev sarayının qarşısında, yəni Heydər Əliyev parkında, Azneft dairəsindəki bayraq meydanında, Zabitlər parkı, Koroğlu parkı və Fəvvarələr meydanında orkestrlərin nümunəvi çıxışları olacaq. Sürücülərdən bu müddət ərzində də həmin ərazilərdən keçərkən sürət həddinə əməl etmələri və maksimum dərəcədə diqqətli olmaları xahiş edilir.

Bu arada, Bakı Nəqliyyat Agentliyi də Silahlı Qüvvələr Günü ilə bağlı avtobusların hərəkətinin təşkili ilə bağlı açıqlama yayıb.

Qeyd edilib ki, 33 müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət istiqaməti dəyişdiriləcək.

Son xəbərlər