SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakının Nərimanov rayonu ərazisindəki 3 aydır yerə düşən küçənin adını göstərən lövhə bərpa olunub.

BAKU.WS xəbər verir ki, mətbuatda problemin işıqlandırılmasından sonra aidiyyəti üzrə əməkdaşlar əraziyə göndərilib, lövhə təyinatı üzrə yerinə bərpa edilib.

***10:03

Bakıda Nərimanov rayonu ərazisindəki küçələrin birində acınacaqlı vəziyyət hökm sürür.

BAKU.WS xəbər verir ki, rayonun Məmməd Araz küçəsindəki lövhələrdən birini divara vurmaq üçün yer tapmırlar.

Bunu jurnalist Samir Mirzənin "Facebook"dakı paylaşımından görmək mümkün olub. Belə ki, 3 aydır, lövhə dəmir dirəklərin üstündə hərəkət edir.

Adiyyəti qurumların məsələyə əncam çəkəcəyinə ümid edirik.

BAKU.WS