VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şəhid Sübhan Abdurahmanlının anası Mehriban Abdurahmanlıya məxsus olduğu deyilən tikilinin sökülməsi ilə bağlı görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Daha sonra Sabunçu icra başçısı Adil Vəliyev açıqlama verərək, şəhid anasına həmin qəsəbədən daha əvvəl mənzil verildiyini bildirib.

BAKU.WS “Qafqazinfo”ya istinadən xəbər verir ki, Mehriban Abdurahmanlıya 2021-ci ilin sentyabrında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Sabunçu rayon Ramana qəsəbəsində tam təmirli, 3 otaqlı mənzil verilib. Mənzil qəsəbənin Yeni yaşayış kompleksi adlanan ərazisində yerləşib. M. Abdulrahmanlı həmin mənzili təhvil aldığını da öz imzası ilə təsdiq edib.

Qeyd edək ki, bu gün yayılan görüntülərdə Mehriban Abdurahmanlı iddia edib ki, ona məxsus fərdi yaşayış evi 3 min manat vermədiyi üçün Sabunçu RİH başçısı tərəfindən sökdürülüb. İcra başçısı Adil Vəliyev isə orada Amil Əliyev adlı dələduzun şəhid ailəsinin adından istifadə edərək obyekt tikmək istədiyini bildirmişdi.

Xatırladaq ki, şəhid anasının bu davranışı sosial şəbəkələrdə birmənalı qarşılanmayıb və onun statusundan istifadə edərək bu cür üsullara əl atması tənqid olunub.

BAKU.WS
QALEREYA