SİZİN REKLAM BURADA!
055 213 76 73


Bir müddət əvvəl ARB TV-nin əməkdaşlarının narkoloji dispanserə yerləşdirdiyi iki şəxslə bağlı yenilik var. Belə ki, həmin şəxslər 12 gün müddət keçdikdən sonra özlərini yaxşı hiss etdiklərini və ağrıların azaldıqlarını bildiriblər.

BAKU.WS xəbər verir ki, dispanserə yerləşdirilən Elvin Bəydəmirov deyib ki, gələn vaxtı halı pis olsa da, indi özünü yaxşı hiss edir:

"Gələn vaxtı canım ağrıyırdı. İndi özümü "top" kimi hiss edirəm. İndi konkret "voevat" edib qabağa getmək lazımdır. Bu həyat normal həyat deyildi. Özümü idarə edə bilmirdim".

Narkotik asılılığı olmuş Nazim Cahangirov da əvvəl günlər ağrıdan danışa bilmədiyini deyib: "Artıq sağalmışam. Çıxıb çölə işləmək istəyirəm. Bekar qala bilmirəm".

Narkoloji mərkəzin şöbə müdiri Sona Xudaverdiyeva vurğulayıb ki, narkotik maddələrin istifadəçilərinin əksəriyyəti 10-12 gündən sonra tam sağaldıqlarını zənn etsə də, əsas müalicə bundan sonra başlayır.

BAKU.WS
VİDEO