15-29 yaşlı gənclər arasında işsizlik səviyyəsi azalıb

15-29 yaşlı gənclər arasında işsizlik səviyyəsi azalıb.
BAKU.WS xəbər verir ki, Dövlət Statistika Komitəsinin açıqladığı məlumata görə, 2024-cü ildə 15-29 yaş arası gənclər arasında işsizlik səviyyəsi azalma meyli göstərib.
Ümumilikdə ölkə üzrə məşğulluq səviyyəsi 2023-cü ildə 94,5% olduğu halda, 2024-cü ildə 94,7%-ə yüksəlib. İşsizlik səviyyəsi isə 5,5%-dən 5,3%-ə enib.
Gənclər arasında (15-29 yaş) məşğulluq göstəricisi 90,7%-dən 90,9%-ə qalxıb, işsizlik isə 9,3%-dən 9,1%-ə düşüb. Yaş qrupları üzrə müqayisədə, 15-19 yaşlılarda işsizlik 13,1%-dən 12,8%-ə, 20-24 yaşlılarda eyni rəqəmlər, 25-29 yaşlılarda isə 6,0%-dən 5,7%-ə qədər azalıb.
Kişilər arasında gənclərin işsizlik səviyyəsi 2023-cü ildə 8,7% olduğu halda, 2024-cü ildə 8,6% təşkil edib. Qadınlarda isə bu göstərici 10%-dən 9,7%-ə enib.
Ümumilikdə gənc qadınlar arasında 15-19 yaşda işsizlik 14,8%-dən 14,4%-ə, 20-24 yaşda 14,7%-dən 14,4%-ə, 25-29 yaşda isə 6,2%-dən 5,6%-ə qədər azalıb.
Oxşar xəbərlər
"Global Media Group"a daxil olan şirkətlərin əməkdaşları TƏLTİF OLUNDULAR
Avqustun 27-də müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə "Global Media Group"a daxil olan Oxu.Az informasiya portalı, "Report" İnformasiya Agen...
