SİZİN REKLAM BURADA!
055 213 76 73


Son aylar kommersiya banklarının öz daxili resursları hesabına daxili ipoteka kreditləri ilə bağlı təklifləri artmağa başlayıb.

BAKU.WS xəbər verir ki, dövlət ipoteka kreditləri 7-8 faiz olduğu halda, bəzi banklar 5-6 faizlə ipoteka kreditləri təklif edirlər.

Faizlərin azalması ev almaq istəyən vətəndaşların ipoteka kreditlərinə olan marağını artırıb.

Əmlak eksperti Elnur Fərzəliyev AZTV-yə bildirib ki, rəsmi iş yeri olmayan vətəndaşlar güzəştli və ya digər ipotekalardan yararlana bilmir: "Bu zaman vətəndaşlar daha çox bank daxili kreditlərə müraciət edir ki, bunların faizi də yüksək olur. Kreditlərdə müəyyən yumşalmalar, faiz dərəcələrinin aşağı salınması və şərtlərin asanlaşması daşınmaz əmlak bazarında ciddi canlanmaya səbəb ola və alıcı kütləsini artıra bilər".

BAKU.WS
VİDEO