VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

 

"Apple" şirkəti yeni "iPhone 6s" və "iPhone 6s Plus" modelini təqdim edib.
 
BAKU.WS-in məlumatına görə, yeni telefonlar 12 megapiksel kamera ilə təchiz edilib. Bununla yanaşı, video çəkilişlər 4K keyfiyyətində telefonun yaddaşına köçürülür. "3D Touch" (3 ölçülü toxunuş) xüsusiyyətiylə də telefonun ekranına toxunuşlar fərqli əməliyyatların yerinə yetirilməsinə imkan verir.
 
Yeni "iPhone"lar 16, 64, 128 GB yaddaşı olan variantlarda satışa çıxarılacaq. Yeni smartfonların satış tarixi isə 25 sentyabrdır. ABŞ-da 2 "6S"in qiyməti 199, "6S Plus"un qiyməti isə 299 dollardan başlayır.

"Apple" şirkəti yeni əməliyyat sistemi "iOS 9"un isə 16 sentyabrda istifadəyə veriləcəyini elan edib. Şirkət dünən yeni "iPad Pro"nu da tanıdıb. 32,7 santimetrlik ekranlı tablet yüksək performansıyla notbuklara rəqib olacaq.
 
Tablet son 12 ayda bazara buraxılan komputerlərdən 80% daha sürətli bir prosessorla təchiz olunub. Yeni tablet 10 saat boyunca enerji saxlayır. Noyabrda satışa çıxarılacaq tabletin qiyməti xüsusiyyətlərinə görə 799 - 1079 dollar arasında dəyişir. 
 
ŞAHİN Həbibov
BAKU.WS