Azərbaycanda evlənənlərin sayı 50%-dən çox artdı

11
fev
2022
20:22
Ölkə iqtisadiyyatının inkişafı və mülki dövriyyənin artması nəticəsində notariat hərəkətlərinin sayı xeyli artaraq 4,6 milyona yaxın olub.
Bu barədə Ədliyyə Nazirliyində keçirilən kollegiya iclasında bildirilib.
Həmçinin 306 min vətəndaşlıq vəziyyəti aktı qeydə alınıb, bağlanmış nikahların sayı isə 60 faiz artaraq 56 mindən çox təşkil edib.
Bu əməliyyatlarla bağlı 9,3 milyon manatdan artıq vəsait, daşınmaz əmlakla əlaqədar müqavilələr üzrə isə 49 milyon manat vergi dövlət büdcəsinə köçürülüb.
Oxşar xəbərlər
Bu il Azərbaycanda nikahların sayı 55 mini ötüb
Dekabrın 30-da ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən kollegiya iclasında ədliyyə orqanları tərəfindən 2021-ci ildə görülmüş işlərə yekun vurul...
