SİZİN REKLAM BURADA!
055 213 76 73


Noyabrın 30-da Qaraheybət poliqonunda Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus hərbi helikopterin qəzaya uğraması nəticəsində şəhid olan hərbçilərin ailələrinə və xəsarət alanlara təyin olunan sığorta ödənişinin həcmi açıqlanıb.

Bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktoru Elmar Mirsaliyev danışıb:

"Şəhidlərin vərəsələrinə birdəfəlik 11 min manat, xəsarət almış hərbçilərimizə isə üç qrup əlillik dərəcəsinə görə I qrup əlillik dərəcəsi üzrə 8 800 manat, II qrup əlillik dərəcəsinə görə 6 600 manat, III qrup əlillik dərəcəsi üzrə 4400 manat birdəfəlik sığorta ödənişi nəzərdə tutulub.

Əlillik dərəcəsi yoxdursa, iki kateqoriya üzrə - xəsarət hallarına görə ağır xəsarət almış hərbçilərə 2750 manat, yüngül xəsarət almış hərbçilərə 550 manat birdəfəlik sığorta ödənişi nəzərdə tutulub”.

BAKU.WS
VİDEO