VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bəzi məmurlar şəhid və qazi ailələrini incidirlər. Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilib. İclasda hərbçilərinin maaşlarının artırılması da təklif olunub.

BAKU.WS-in "Xəzər Xəbər"ə istinadən məlumatına görə, Milli Məclisin bu günkü plenar iclası dünən şəhid olan hərbi qulluqçularımızın xatirəsinin bir dəqiqəlik sükutu ilə başlayıb.

Millit vəkili Qüdrət Həsənquliyev dünən baş verən təxribata diqqət çəkərək, Ermənistanın prosesləri ləngitdiyini bildirib. Qüdrət Həsənquliyev qeyd edib ki, sərhədlərin müəyyən edilməsini gecikdirən əsas amil Ermənistan olaraq qalır.

Millət vəkili Vüqar İskəndərov isə hərbi qulluqçularının maaşlarının artırılmasını təklif edib. O bildirib ki, müddətdən artıq hərbi xidmət keçən şəxslərin aylıq əməkhaqqıları aşağıdır.

Deputat Tahir Kərimli isə parlamentdə çıxışı zamanı bəzi məmurların şəhid və qazi ailələrini incitdiyini bildirib. Qeyd edib ki, şəhid ailələri və qazilər dövlətin onlara dəstəyini hər zaman məmnunluqla ifadə edirlər. Lakin bəzi məmurların qazi və şəhid ailələrinə etinasız yanaşması narazılıq yaradır.

Milli Məclisin bu gün keçirilən iclasında"Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

BAKU.WS
VİDEO